logo

9 ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7,4 milyard m3 qaz göndərilib

10:59 18-10-2019 | icon 2443
9 ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7,4 milyard m3 qaz göndərilib

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,5 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib. Qeyd edilib ki, 9 ayda qaz nəqlinin 37,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 412,8 milyon kubmetr təbii qaz ixrac edilib.