logo

Gürcüstan parlamenti Qriqol Liluaşvilini DTX rəisi vəzifəsinə təsdiqlədi

17:08 17-10-2019 | icon 2457
Gürcüstan parlamenti Qriqol Liluaşvilini DTX rəisi vəzifəsinə təsdiqlədi

Gürcüstan parlamenti Qriqol Liluaşvilinin ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsinə təsdiq olunmasna razılıq verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iki günlük dinləmələrdən sonra gizli səsvermə keçirilib. Parlamentin 85 deputatı Q.Liluaşvilinin DTX rəisi təyin olunmasına səs verib. Səkkiz deputat isə bu barədə qərarın əleyhinə olub.

Qanunvericiliyə əsasən, Q.Liluaşvili altı il müddətinə DTX-ya rəhbərlik edəcək.

Xatırladaq ki, DTX-nin sabiq rəhbəri Vaxtanq Qomelauri bu ilin sentyabrında Daxili İşlər naziri təyin olunub. Həmin vaxtdan DTX sədri vəzifəsi boş idi.