logo

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

11:37 17-10-2019 | icon 2072
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlməzdən əvvəl ötən gün Xankəndidə olublar, separatçı rejimin rəhbəri ilə görüşüblər.