logo

Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir

10:51 17-10-2019 | icon 26817
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir

Oktyabrın 17-də Neonatologiya üzrə II Bakı Beynəlxalq Konqresi öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş neonatoloqu, Elmi Tədqiqat Mammologiya və Ginekologiya İnstitutunun neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov, Ankara Universitetinin tibb fakültəsinin professoru Ömer Erdeve, Vanderbilt Universitetinin (ABŞ) dosenti Skott Qutri üç gün davam edəcək Neonatologiya Konqresinin əsas məqsədi tibb sahəsində, xüsusilə də neonatologiya profili üzrə müasir aktual problemlərin birlikdə həlli istiqamətində bilik və bacarıqları səfərbər etməkdən olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, konqresdə neonatologiya sahəsi üzrə ixtisaslaşmış görkəmli, beynəlxalq və yerli mütəxəssislərin çıxışları və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Konqresin növbəti günü Neonatologiya üzrə Azərbaycan-Türkiyə III Beynəlxalq Təlim Kursu keçiriləcək. Beynəlxalq Təlim Kursu yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi məqsədilə təşkil olunur.