Azərbaycan idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak edəcək
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Çin Xalq Respublikasında keçiriləcək Hərbçilərin VII Dünya Oyunlarında iştirak edəcək.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, oktyabrın 18-dən 28-dək Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.
Yarışlara sərbəst və yunan-Roma güləşçilərimizi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu mayor Taleh İsrafilov, bokusçularımızı Rauf Aydınov, cüdoçularımızı isə Rauf Vəliyev hazırlayıb.
MOİK komandasının heyətində ümumilikdə dörd qadın idmançı mübarizə aparacaq.
Qeyd edək ki, çempionata qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov, Elman İsmayılov da Uxan şəhərinə yola düşəcək.
Çin Xalq Respublikasının Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 idman kompleksində keçiriləcək oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük dünya oyunları olacaq. Stolüstü tennis hərbçilərin Dünya Oyunlarının proqramına ilk dəfə olaraq daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb