logo

Filippində 6,4 bal gücündə zəlzələ olub

18:50 16-10-2019 | icon 2331
Filippində 6,4 bal gücündə zəlzələ olub

Oktyabrın 16-da Filippində 6,4 bal gücündə zəlzələ olub. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mindanao adasında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.