logo

Mövlud Çavuşoğlu: Türkiyə ABŞ sanksiyalarını cavabsız qoymayacaq

18:15 16-10-2019 | icon 1988
Mövlud Çavuşoğlu: Türkiyə ABŞ sanksiyalarını cavabsız qoymayacaq

Ankara Suriyada aparılan əməliyyatlarla əlaqədar ABŞ-ın tətbiq edəcəyi bütün sanksiyalara cavab verməyə hazırdır.

YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə çıxışı zamanı deyib.

“Hazırkı vəziyyətdə bizim qətiyyətimizi heç bir sanksiya və ya hədə-qorxu poza bilməz. Donald Tramp özünə yönələn təzyiq səbəbindən bizə qarşı bəzi addımlar atır. Bu sanksiyalara müvafiq cavab verəcəyik”, - deyə nazir bildirib.

O, Amerika rəhbərliyinin siyasətini “birtərəfli və Türkiyənin prinsipiallığını dəyişməyə qadir olmayan” addım adlandırıb.

“Əgər milli təhlükəsizlik gündəlikdə durursa, qalan məsələlər xırdalıqlardır”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında kürd separatçılarından təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülhün mənbəyi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.