logo

Bu il Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 623 milyon dolları ötüb

16:10 16-10-2019 | icon 6601
Bu il Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 623 milyon dolları ötüb

Cari ilin 9 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 623 milyon dolları ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 milyon dollar çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsi məlumast yayıb. Bildirilib ki, yanvar-sentyabr aylarında Azərbaycandan bu ölkəyə 343 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 280 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.