logo

Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

14:59 16-10-2019 | icon 2037
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələri kəskin qınayıb.

 YeniAvropa  xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının mahiyyətindən bəhs edən prezident diqqətə çatdırıb ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq həyata keçirməyib. “Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın”, - deyən Prezident dünyanın ayrı-ayrı yerlərində müsəlmanlara və türklərə qarşı törədilən cinayətləri xatırladıb.