logo

Keçmiş məhkumlar külli miqdarda narkotik vasitə ilə saxlanılıblar

15:20 16-10-2019 | icon 2100
Keçmiş məhkumlar külli miqdarda narkotik vasitə ilə saxlanılıblar

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  YeniAvropa–ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar M.Cəfərov və Ş.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan çox heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.