logo

ATƏT-in Minsk qrupu həmsədrləri Xankəndidə səfərdədirlər

12:57 16-10-2019 | icon 2268
ATƏT-in Minsk qrupu həmsədrləri Xankəndidə səfərdədirlər

Oktyabrın 16-da regiona səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər ediblər.

YeniAvropa xəbər verir  ki, bu barədə "Lragir.am" saytı xəbər yayıb. Bildirilib ki, həmsədrlər Qarabağ separatçılarının lideri Bako Saakyanla danışıqlar aparıblar.

Həmsədrlərin bu gün Azərbaycana səfər edəcəkləri gözlənilir.