logo

Müstəqillik Günü münasibətilə paytaxtda konsert olacaq

11:08 16-10-2019 | icon 4606
Müstəqillik Günü münasibətilə paytaxtda konsert olacaq

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.

YeniAvropa xəbər verir  ki, 18 oktyabr -Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edəcək.

Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar Emin, Rusiyada yaşayıb fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev) və Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertə giriş sərbəstdir.