logo

11 cüdoçumuz Mərakeşdə dünya çempionatında mübarizə aparacaq

10:59 16-10-2019 | icon 2968
11 cüdoçumuz Mərakeşdə dünya çempionatında mübarizə aparacaq

Oktyabrın 16-da Mərakeşdə cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək.

YeniAvropa xəbər verir  ki, oktyabrın 19-dək davam edəcək yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycanı 9 kişi, 2 qadın olmaqla 11 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), İbrahim Əliyev, Davud Abbaslı (hər ikisi 66 kq), Yaqub Cavadov (73 kq), Cahangir Məcidov, Murad Fətiyev (hər ikisi 81 kq), Abdulla İsmayılov (100 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (63 kq) ölkəmizi təmsil edəcəklər.

Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparacaq. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.