logo

Azərbaycan cari ildə 23,5 milyon ton neft məhsulları ixrac edib

10:32 16-10-2019 | icon 2499
Azərbaycan cari ildə 23,5 milyon ton neft məhsulları ixrac edib

Yanvar-sentyabr aylarında Azərbaycandan 23 milyon 254 min 21 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Doqquz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 11 milyard 267 milyon 61 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 21 milyon 945 min 925 ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 11 milyard 588 milyon 26 min dollar təşkil etmişdi.