logo

Bakı Polisindən xəbərdarlıq:icazəsiz aksiyaların qarşısı qətiyyətlə alınacaq

22:38 15-10-2019 | icon 2205
Bakı Polisindən xəbərdarlıq:icazəsiz aksiyaların qarşısı qətiyyətlə alınacaq

Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə  Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.