logo

Koreya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

20:48 15-10-2019 | icon 2156
Koreya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq oktyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mun Hi-sanqı hava limanında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.