logo

Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb

19:10 15-10-2019 | icon 2114
Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

YeniAvropa xəbər verir  ki,hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.