logo

Qırğızıstan prezidentinin Azərbaycana səfəri başa çatıb

18:49 15-10-2019 | icon 2065
Qırğızıstan prezidentinin Azərbaycana səfəri başa çatıb

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekovun Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sooronbay Jeenbekovu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.