logo

İlham Əliyev İsa Həbibbəylini ordenlə təltif etdi

16:13 15-10-2019 | icon 2044
İlham Əliyev İsa Həbibbəylini ordenlə təltif etdi

Prezident İlham Əliyev  oktyabrın 15-də İsa Həbibbəylinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir:"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, İsa Əkbər oğlu Həbibbəyli 16 oktyabr 1949-cu ildə  Noraşen rayonunda (Naxçıvan MSSR) anadan olub. 2003-cü ildəbn Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatıdır.