logo

Macarıstan baş nazirinin Azərbaycan işgüzar səfəri başa çatıb

15:48 15-10-2019 | icon 2135
Macarıstan baş nazirinin Azərbaycan işgüzar səfəri başa çatıb

Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

 YeniAvropa  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.