logo

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 4-cü lisenziyasını qazanıb

15:48 15-10-2019 | icon 2933
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 4-cü lisenziyasını qazanıb

Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

 YeniAvropa xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.