logo

Şəmkirdə bir neçə mağaza və kafe yanıb

15:10 15-10-2019 | icon 3682
Şəmkirdə bir neçə mağaza və kafe yanıb

Şəmkir rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa-ya bildiriblər ki, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər - kafe, mağazalar 464 m2 sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.