Türkiyədə Azərbaycan mədəniyyəti günlərinin keçiriləcək
Türkiyədə “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hazırda Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri, habelə Xarici İşlər nazirlikləri arasında bu istiqamətdə danışıqlar aparılır. YeniAvropa xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Çetin Akar Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA) və "Anadolu" xəbər agentliyinin təşkilatçılığı ilə fevralın 13-də keçirilən “Diplomatik müxbir” proqramının iştirakçıları ilə görüşdə bəyan edib.
Çetin Akar bildirib ki, növbəti həftə Ankarada Azərbaycanın mədəniyyət və turizm nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilməsi planlaşdırılır. “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində Türkiyədə sərgilər, konsertlər, Azərbaycandan olan akademik nümayəndə heyətlərinin səfərləri təşkil ediləcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi ölkənin Azərbaycan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Monqolustan, Ukrayna, Gürcüstan və Qırğızıstan ilə mədəni əlaqələrinin inkişafı və dərinləşməsinin əhəmiyyətinin qeyd edib.
Görüşdə “Türkiyənin mədəniyyət diplomatiyası” mövzusunda videotəqdimat olub.
Tədbir iştirakçılarına, həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Türkiyə turist axınına görə aparıcı ölkələrdən biridir. Belə ki, bu ölkənin ərazisində UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olan 14 tarixi abidə var. Türkiyənin mədəni müxtəlifliyi, burada yaşayan xalqların keçirdiyi festivallar turizmin inkişafında və ölkənin təbliğində mühüm rol oynayır. Yerli film və televiziya seriallarının da Türkiyə turizminin tanıdılmasında əhəmiyyəti var.
Çetin Akar cari ildə keçiriləcək tədbirlərdən söz açıb. Diqqətə çatdırıb ki, Türkiyənin Səudiyyə Ərəbistanı, Tailand, Rusiya və Çin ilə mədəniyyət əlaqələrinin inkişafı çərçivəsində bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulur. İordaniya, Qırğızıstan və Vyetnamda Türkiyə mədəniyyəti günləri təşkil olunacaq.
Görüşün sonunda Çetin Akar jurnalistlərin suallarını cavablandırıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir