logo

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

18:54 14-10-2019 | icon 3549
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, aldığı yaralarla xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada keçinib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tovuz şəhərinin H.Əliyev prospektində isə naməlum avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş B.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.