logo

Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

18:15 14-10-2019 | icon 2023
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, N nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr dinləniləcək və təqdimatlar olacaq.

Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 18-dək davam edəcək.