logo

Avro-2020:Azərbaycan bu gün Macarıstan komandası ilə qarşılaşır

13:30 13-10-2019 | icon 3038
Avro-2020:Azərbaycan bu gün Macarıstan komandası ilə qarşılaşır

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

 YeniAvropa xəbər verir  ki, Budapeştdə, "Groupama Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı Dennis Yohan Higlerin rəhbərliyi altında hollandiyalı hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki,ötən gün Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Budapeştdə təşkil olunan mətbuat konfransında deyib ki, bu, hər iki komanda üçün vacib oyun olacaq: “Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik”.

Qeyd edək ki,, bu, iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb.

Yeri gəlmişkən, hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.