logo

Polşada parlament seçkiləri keçirilir

12:13 13-10-2019 | icon 2618
Polşada parlament seçkiləri keçirilir

Oktyabrın 13-də Polşada parlament seçkiləri keçirilir.

 YeniAvropa " TASS" agentliyinə istinadla xəbər verir ki, səsvermə nəticəsində Seymə 460, Senata isə 100 deputat seçilməlidir.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.

Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik 30 milyon 111 min 281 seçici var.