Yaqub Zurufçunun Bakıdakı solo-konserti anşlaqla keçib
Oktyabrın 12-də Azərbaycanın əməkdar artisti Yaqub Zurufçunun Bakıda möhtəşəm solo-konserti olub.
YeniAvropa xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil olunan konsertdə Y.Zurufçunu Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edib.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.
“Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufçunun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır”, - deyə R.Hüseynov söyləyib.
Müğənnini konserti münasibətilə təbrik edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra konsert proqramı təqdim olunub.
Müğənninin məlahətli və əsrarəngiz ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib
Bayden Zelenskini Ağ Evə dəvət edib
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz kəmərinin açılışında iştirak edib
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq
İlham Əliyev Serbiyaya işgüzar səfər edib
Şuşada indiyədək 16 abidə tam bərpa olunub
Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
Sumqayıt-Bakı yolunda ağır avtoqəza:Ölən və yaralananlar var
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb