Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovajurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bununla bağlı ötən ay tərəflər arasında razılığa gəlinib.
Leyla Məmmədova qeyd edib ki, ilkin olaraq Qətərə quş və yumurta məhsullarının ixracı nəzərdə tutulur. “Qatar Airways” Bu məhsulların keyfiyyətindən razı qaldıqdan sonra digər məhsulların, meyvə və tərəvəzin də ixracı planlaşdırılır.