logo

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

19:48 12-10-2019 | icon 2506
"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər üçün növbəti dəfə ikigünlük seminar keçirib.

“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-ayaxın jurnalist qatılıb. Ardıcıl olaraq altı ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən “Bakcell”in aparıcı ekspertləri “Mobil rabitənin əsasları”,“Telekom sahəsində “Bigdata”: Tətbiqlər və son tendensiyalar”, “Mobil şəbəkənin inkişafı”, “Tədbirlər və şəbəkənin hazırlığı”, “Müştəri xidmətləri texnologiyaları”, “Müştərilərlə əlaqələrin idarə edilməsi”, “Loyallıq Proqramları” və “Əşyaların İnterneti” kimi mövzuları əhatə edib KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və Bakcell şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat veriblər.

Biri birindən maraqlı məruzələr və təqdimatlarla yadda qalmış seminar zamanı "Bakcell" nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.