Bakıda Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığı müzakirə edilib
İqtisadiyyat naziri Şahin Mustafayevin Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğu, Avstriya ilə əməkdaşlığa böyük önəm verildiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazasının yaradıldığını, 40-dək sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalandığını deyib. Bildirib ki, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası, Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.
Diqqətə çatdırılıb ki, Azərbaycanla Avstriya arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Ötən il ölkəmizin Avstriya ilə ticarət dövriyyəsi 2 dəfəyədək artıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələr üzrə 50-dək Avstriya şirkəti qeydiyyatdan keçib. Avstriya şirkətləri ölkəmizdə dövlət əsaslı layihələrdə də iştirak edirlər.
İqtisadi əməkdaşlığın genişləndirilməsinə gəlincə, İqtisadiyyat naziri əlaqələrin müxtəlif istiqamətlər, xüsusilə investisiya, nəqliyyat-tranzit, sənaye, turizm, səhiyyə, əczaçılıq və tibbi ləvazimatların istehsalı sahələrində inkişaf etdirilməsi üçün böyük potensialı qeyd edib. Vurğulayıb ki, Avstriya şirkətləri, həmçinin əlverişli biznes və investisiya mühitindən yararlanmaqla, ölkəmizdəki sənaye parkları və məhəllələrinə investisiya yatıra bilərlər.
Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri A.Rayxhardt ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ikitərəfli əlaqələrin gücləndirilməsi üçün intensiv görüş və müzakirələrin önəmini vurğulayıb.
Avstriya şirkətlərinin rəhbərləri fəaliyyət istiqamətləri barədə məlumat verib, azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə təkliflərini bildiriblər.
Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi idarə heyətinin sədri Zaur Əliyev və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak ediblər.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir