Tokioda 1600-dən çox yerli aviareys təxirə salınıb, marketlər işləmir
Oktyabrın 12-də çox güclü “Hagibis” tufanının yaxınlaşması ilə əlaqədar Yaponiya aviaşirkətləri 1600-dən çox daxili reysi təxirə salıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,aviaşirkətlər əsasən “Narita” və “Haneda” aeroportlarından olan və bütün ölkə ərazisinə uçan reysləri müvəqqəti dayandırdıqlarını elan ediblər. Həmin aeroportlardan “All Nippon Airways” 558, “Japan Airlines” 540, “Skymark Airlines” 111, “Jetstar” 102, “Fuji Dream Airlines” 62, “AIRDO” 60, “Peach Aviation” 58, “Star Flyer” 57, “Solaseed Air” 48, “Japan Transocean Air” 17, “Spring Airlines Japan” 10, “AirAsia Japan” 8 və “Japan Air Commuter” isə 6 reysi təxirə saldığını elan edib.
Bundan əlavə, təxirə salmalar “All Nippon Airways” şirkətinin 131, “Japan Airlines” şirkətinin 92 beynəlxalq reysinə də tətbiq edilib.
Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.
Tufan bir çox marketlər şəbəkəsinin işinin dayanmasına da səbəb olub. Belə ki, “İto Yokado” marketlər şəbəkəsi Tokioda və digər prefekturalarda yerləşən 124 mağazasının oktyabrın 12-də işləməyəcəyini bəyan edib. Tanınmış “Aeon” və “Seiyu” kimi böyük marketlər şəbəkələri də qapılarını alıcıların üzünə bağlayıblar. Yerli əhalinin əsasən çörək və un məhsullarını, batareyaları, qablaşdırılmış suyu alması nəticəsində marketlərdə satış səviyyəsinin adi günlərlə müqayisədə dörd dəfədən çox artdığı bildirilir.
“Tokyo Disneyland” və “DisneySea” kimi əyləncə mərkəzləri də öz tarixlərində ilk dəfə həmin gün işləməyəcəklərini bildiriblər. Buna səbəb kimi nəqliyyatın hərəkətində yaranan kollapslar göstərilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir