logo

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir

15:48 11-10-2019 | icon 2317
Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

YeniAvropa xəbər verir  ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Bəyanatda deyilir: “Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”.