logo

Türkiyədə zəlzələ baş verib

22:18 10-10-2019 | icon 2674
Türkiyədə zəlzələ baş verib

Oktyabrın 10-da Türkiyənin Yalova şəhərində 4 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 19:52-də qeydə alınan yeraltı təkanlar İstanbulda da hiss edilib.

Ocağı 10,66 kilometr dərinlikdə yerləşən zəlzələ Yalova şəhərindən 3,71 kilometr aralıda qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.