logo

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

17:52 10-10-2019 | icon 2401
Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Azərbaycanda noyabr ayında  ardıcıl 3 gün iş olmayacaq.

YeniAvropa xəbər verir  ki,  9 noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə rəsmi bayram hesab olunur. Lakin təqvimdə həmin gün şənbə gününə təsadüf edir. Odur ki, noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl olaraq noyabrın 9-u, 10-u (bazar günü) və  11-i ölkədə qeyri-iş günüdür.

Xatırladaq ki, əvvəllər noyabrın 12-si -Konstitusiya Günü də Azərbaycanda qeyri-iş günü hesab edilirdi. Sonradan bu bayram yığışdırıldı və iş günü hesab edildi.