Güləş yığmamızın baş məşqçisi bu dəfə Rusiya vətəndaşı oldu
Oktyabrın 10-da Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakı ilə iclas keçirilib.
YeniAvropa xəbər verir ki, AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və idman şöbəsinin müdiri Yaqub Məmmədovun da iştirak etdiyi tədbirdə sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub. Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən N.Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.
Böyüklərdən ibarət komandanın baş məşqçi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcəklər.
N.Əliyev çıxış edərək Tokio Olimpiadasına 10 ay vaxt qaldığını və bu müddət ərzində komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu vurğulayıb. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza hər bir şəraitin yaradılacağını da bildirib.
Yeni baş məşqçi isə öz növbəsində Azərbaycan yığmasını yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.
Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis bunadək Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq