logo

Zelenski sabah bütün gün ərzində KİV-in suallarını cavablandıracaq

21:11 09-10-2019 | icon 2842
Zelenski sabah bütün gün ərzində KİV-in suallarını cavablandıracaq

Oktyabrın 10-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək və o, gün boyu jurnalistlərin suallarına cavab verəcək.

 YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq.

KİV nümayəndələri, həmçinin “Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq.

Press-marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq.