Tehranda Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Görüşdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 74 faiz artdığı qeyd edilib.
Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyasının əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri, sosial sahədə aparılan genişmiqyaslı islahatlar diqqətə çatdırılıb. Sosial islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin İranla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsinə önəmli töhfələr verəcəyi vurğulanıb.
Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır