logo

Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

19:18 09-10-2019 | icon 3514
Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

Oktyabrın 11-14-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox Əfqanıstan şirkəti öz məhsullarını təqdim edəcək.