Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcminin 10-20 milyard dollara çatdırılması potensialı var.
YeniAvropa xəbər verir ki, bu sözləri oktyabrın 9-da Bakıda jurnalistlərə müsahibəsində Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Hasan Büyükdede deyib.
Nazir müavini bildirib ki, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi hazırda 3,5 milyard dollardır: “Bu göstəricinin 10-20 milyard dollara çatdırılması üçün birgə layihələrin davam etdiriləcəyinə ümidvaram”.