Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçirilir
Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.
Sonra iclas işini hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.
İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır.
Qazaxıstanın energetika naziri, Komissiyanın həmsədri Kanat Bozumbayev də çıxışında ölkələrarası yüksəksəviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.
İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilir.
Sabah Bakıda 12° isti olacaq
MN Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb
Azərbaycan neftinin bir barreli 65,96 dollara satılır
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilib
FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqlədi
Sabahdan ov mövsümü başa çatır
İtkin polkovnik-leytenantın şəhid xəbəri gəldi
Ermənistanı zorla Rusiyanın tərkibinə qatmaq lazımdır-Vladimir Jirinovski
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şirkətlər ya təzminat ödəyəcəklər, ya məhkəməyə gedəcəklər-İlham Əliyev
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səlahiyyət müddəti daha 1 il uzadıldı
"Bakı” kafesində atışmada lənkəranlı öldürüldü
Müxalifət Yerevanın mərkəzini blokadaya alıb
Martın 1-dək ictimai nəqliyyat işləməyəcək
İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədinin açılmasına münasibət
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində nə baş verir?
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
“Azercell” ilə “TikTok” indi daha əlçatandır
Parlament Jurnalistləri Birliyi açıqlama yaydı
SOCAR və DİNi strateji obyektlərin mühafizəsini müzakirə edib
Manatın martın 1-nə olan rəsmi məzənnəsi açıqlanıb
UEFA Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
Sükut dəqiqəsi: Xocalı soyqırımı qurbanları anıldı
İlham Əliyev Ərdoğana zəng edib ad gününü təbrik etdi