logo

Xalq artisti Elza İbrahimovanın xatirəsi anılacaq

15:36 12-02-2018 | icon 4445
Xalq artisti Elza İbrahimovanın xatirəsi anılacaq

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeydən YeniAvropa-ya bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.

Tədbirdə incəsənət ustaları bəstəkarın mahnılarını ifa edəcəklər.