logo

"Binə" ticarət mərkəzində yanğın olub

11:30 08-10-2019 | icon 3745
"Binə" ticarət mərkəzində yanğın olub

Fövqəladə Hallar Nazirliyi (FHN) Binə ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, oktyabrın 8-də saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Qaradağ rayonu, Binə bazarında yanğının baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb və “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazalar və içərisində olan mallar, təqribən 2500 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.