logo

 Elmar Məmmədyarov Qazaxıstanın yeni səfirini qəbul edib

20:12 07-10-2019 | icon 2254
 Elmar Məmmədyarov Qazaxıstanın yeni səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Serjan Abdıkarimov ilə görüşüb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüzdə nazir Elmar Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda, ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Serjan  Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyə görə təşəkkürünü ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Serjan Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.