logo

Ən yaxşı innovativ layihələr Bakıda nümayiş olunacaq

18:10 07-10-2019 | icon 3066
Ən yaxşı innovativ layihələr Bakıda nümayiş olunacaq

Dekabrın 4-7-də Bakıda MDB ölkələrinin innovasiya sahəsində ən yaxşı layihələrinin və tərcübələrinin mükafatlandırılmasına dair tədbir - “İnnovasiya zamanı 2019” IX İllik Mükafatlandırma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.Qeyd edilib ki, hazırda “İnnovasiya zamanı 2019”da iştirak üçün müraciətlərin qəbulu davam edir.

"İlin innovasiyası", "İlin infrastruktur layihəsi", "İlin sosial innovasiyası", "İlin kəşfi", "İnnovativ fəaliyyətin təşviqi üçün ən yaxşı layihə", "İlin məhsulu", "İlin elmi birliyi", "İlin texnoloji innovasiyası”, “İlin təşkilati-idarəetmə innovasiyası”, “İlin tədbir layihəsi”, “İlin proqramı” mükafatının əsas nominasiyaları sırasındadır. “İnnovasiya zamanı 2019”da iştirak şərtləri və ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə etmək olar: http://novpro.org