logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb

16:13 07-10-2019 | icon 2555
Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan faktiki hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa -ya verilən məlumatına görə, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 metr/saniyəyədək güclənib.

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.