logo

Sankt-Peterburqda MDB PA daimi komissiyasının iclası keçiriləcək

15:51 07-10-2019 | icon 2429
Sankt-Peterburqda MDB PA daimi komissiyasının iclası keçiriləcək

Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament Assambleyasının(PA0 Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-dan 13-dək Rusiya Federasiyasında səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən  YeniAvropa -ya verilən məlumata görə, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda daimi komissiyaya sədr müavini seçilməsi məsələsinə baxılacaq, Avropa Şurası, ATƏT və Qara dəniz İqtisadi Əməkdaşlıq Məclisi parlament assambleyalarının son sessiyasında müzakirə edilən məsələlərlə bağlı məlumat və Qazaxıstanda keçirilən prezident seçkilərində qurumun müşahidəçilərinin hesabatı dinləniləcək.

Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.