logo

SOCAR 150 neftçini dənizdən  evakuasiya etdi

12:10 07-10-2019 | icon 2429
SOCAR 150 neftçini dənizdən  evakuasiya etdi

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum gücləndirib, dənizdə işləyən 150 neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil edilib, vəziyyət nəzarətdə saxlanılır.

 YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Qeyd edilib ki, bu halın hasilat prosesinə heç bir təsiri yoxdur. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.