logo

Azərbaycanda Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri açılıb

23:40 05-10-2019 | icon 4886
Azərbaycanda Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri açılıb

Bakıda, Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) Qaraçay-Çərkəz Respublikasının (Rusiya) Mədəniyyət Günlərinin açılışı olub. 

YeniAvropa  RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri, “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Valentin Denisovun Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət naziri Ramazan Borokovla görüşü olub. Görüşdə “Rossotrudniçestvo” nümayəndəliyi - Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə Qaraçay-Çərkəz Respublikası arasında humanitar - mədəniyyət, təhsil, gənclər proqramları sahələrində qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Qaraçay-Çərkəz Respublikasının “Elbrus” Dövlət Rəqs Ansamblının (bədii rəhbər Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulov), Rusiya və Azərbaycanın bir çox xalqlarının dilində tanınmış musiqi ifaçılarının böyük konserti olub.