logo

Son üç gündə Ermənistanda 3 hərbi qulluqçu ölüb

17:10 05-10-2019 | icon 2667
Son üç gündə Ermənistanda 3 hərbi qulluqçu ölüb

Son üç gündə Ermənistan silahlı qüvvələrində bir zabit və müqavilə əsasında xidmət edən iki əsgər ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı gizlətmək istəsə də, kütləvi informasiya vasitələri hadisələri dəqiqləşdirərək xalqa çatdırıblar.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, oktyabrın 1-də sol çiyin nahiyəsindən ağır güllə yarası alan əsgər iki gün sonra ölüb.

Oktyabrın 3-də Tavuşda müqavilə əsasında xidmət edən 28 yaşlı hərbçi Muşeğ Abovyan snayper tərəfindən vurularaq öldürülüb.

Oktyabrın 2-də Dərələyəzdə ağır bədən xəsarəti alan, əslən Şirak vilayətindən olan zabit hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağırdır. Həkimlər süni tənəffüs aparatına qoşulan zabitin sağalma şansının olmadığını deyirlər.